Entertainment

Əfqanıstandan Özbəkistana 5 raket atıldı


Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tələfat, xəsarət alan və dağıntıların olmadığını bildirib.

“Termizin Majnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib”, – məlumatda deyilir.

Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirləri həyata keçirir.

BAKU.WS





Source link

Leave a Reply

Your email address will not be published.

close