Politics

Əlil qıza təcavüzü qalmaqal yaratdı – Saxlanılan direktor müavini sərbəst buraxıldı (FOTO) – Medianews


Türkiyənin Burdur əyalətində əlil şagirdlərin təhsil aldığı məktəbin direktoru vəzifəsini icra edən M.A. Muğlanın Fethiye mahalına səfəri zamanı bir qız şagirdə təcavüz etdiyi iddiası ilə nəzarətə götürülüb.

Medianews.az xəbər verir ki, ifadəsi alındıqdan sonra sərbəst buraxılan M.A. vəzifəsindən uzaqlaşdırılıb və haqqında geniş araşdırmalara başlanılıb.

Burdurun Gölhisar rayonunda əlil şagirdlərin təhsil aldığı xüsusi peşə liseyinin 18 əlil şagird, 4 müəllim və 2 idarəçinin iştirakı ilə sentyabrın 22-də Muğlanın Fethiye mahalına bir günlük səfəri təşkil edilib. Məktəbin direktoru vəzifəsini icra edən M.A-nın səfər zamanı bir qız şagirdinə sataşdığı iddia edilib.

Gəmi gəzintisi zamanı baş verdiyi iddia edilən təcavüzü görənlərin xəbəri üzərinə M.A. jandarma tərəfindən saxlanılıb. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.

Medianews.az



Source link

Leave a Reply

Your email address will not be published.

close