Politics

12 yaşlı Azxeber.com – Medianews


 

Bu gün Azxeber.com informasiya portalının 12 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Belə ki, portalın rəsmi instagram səhifəsini 640 mindən, tiktok səhifəsini 50 min, telegram və youtube kanallarını 100 minə yaxın insan bəyənib.

Eyni zamanda portalın bütün sosial şəbəkələrdə fəaliyyət göstərən rəsmi hesabları mövcuddur.





Source link

Leave a Reply

Your email address will not be published.