Politics

“ABŞ Türkiyə əlaqələri normallaşsa da …” – Medianews


“Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda formalaşdırdığı Qərb koalsiyasinda, xüsusi ilə NATO daxilində fikir ayrılıqlarına son verib. Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə veto qoymayacağı, həmçinin hər iki ölkənin məhz Vaşinqtonun təlimatı ilə Türkiyənin şərtləri ilə razılşaması, Qərb blokunun parçalanmamasına gətirib çıxardı. Yeni dünya nizamının yenidən şəkillənməsi, beynəlxalq şərtlər Vaşinqtonun Türkiyə siyasətində korrektlər etməsini şərtləndirdi. Məhz NATO sammitindən sonra Yunanısatanın Türkiyə əleyhinə Egey dənizində təxribatlarına son verildi”.

Bu sözləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında F-35 və F-16 qırıcıların Ankaraya verilməsində problem var.

“Prezident C. Bayden sammitdə Ərdoğanla görüşündə Türkiyəyə F-16 qırıcılarının verilməsində heç bir problemin olmadığını qeyd edib. Türkiyəyə F16 verilməsi Vaşinqtonla Ankara arasında müttəfiqlik münasibətlərinin inkişafına töhfə verəcək. Bundan əlavə, Türkiyədə gələn il keçiriləcək seçkilərdə prezident R. T.Ərdoğanın mövqelərini möhkəmləndirəcək.

ABŞ Türkiyə əlaqələrinin normallaşması, hər iki ölkənin maraqlarına cavab verir. İlk növbədə burada ABŞ, Qərbin Rusiyaya qarşı koalisyasında yarana biləcək böhranı aradan qaldırdı. Türkiyə ilə münasibətləri qayadaya salmaqla, Moskva və Anakara arasında strateji yaxınlaşmanı önləyəməyə çalışacaq.

ABŞ Türkiyə əlaqələri normallaşsa da müxtəlif istiqamətlərdə soyuq münasibətlər hökm sürəcək. Xüsusilə, Türkiyədə keçiriləcək seçkilərdə ABŞ-ın mövqeyi Ankara tərəfindən diqqətlə izləniləcək. Növbəti seçkilərdə ABŞ rəhbərliyi R. T. Ərdoğanın qalib gəlməsində maraqlı deyil. Vaşinqtonun seçkilərə təsiri isə, minimum dərəcəsindədir. Buna baxmayaraq hər iki ölkə NATO daxilində birliyi qorumaqda və hərbi-texniki əməkdaşlığı davam etdircəklər”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ və Türkiyə əlaqələrinin normallaşmasında İsrailin xüsusi rolu oynaması istisna deyil.

“Son aylarda İsrail Türkiyə əlaqələri yüksək müstəvidə davam edir. İki ölkə arasında aviasiya sahəsində də müqavilə bağlanır. Türkiyənın ABŞ və İsraillə siyasi əlaqələrinin normallaşaması, Azərbaycanın xarici siyasətinə və milli təhlükəsizlik maraqlarına cavab verir. Prezident İlham Əliyev bu istiqamətdə çevik siyasət aparıb, Azərbaycanın Rusiya qaşısında mövqelərini gücləndirəcək”.

Leyla



Source link

Leave a Reply

Your email address will not be published.

close