Entertainment

“Aİ 6-cı sanksiya paketinə Rusiya neftinin idxalını da daxil etməlidir”


“Avropa İttifaqı hazırlanan altıncı sanksiya paketinə Rusiyanın enerjidaşıyıcılarının idxalını daxil etməlidir”.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Litva Seyminə müraciəti zamanı deyib.

“Biz yeddinci, səkkizinci, onuncu və ya iyirminci paketin hazırlanmasını gözləyə bilmərik, altıncı sanksiyalar paketində həqiqətən güclü qərarlar qəbul etməliyik. Avropa Birliyi bunu edə bilər və mütləq nefti oraya daxil etməlidir, mütləq Rusiya banklarına sanksiya qoymalıdır. Ancaq sanksiyalar onların bir hissəsinə deyil, hamısına şamil olunmalıdır”, – deyə V.Zelenski bildirib.

BAKU.WS





Source link

Leave a Reply

Your email address will not be published.

close