Entertainment

Aİ-dən "Apple" və "Google"un inhisarına son qoyacaq QANUNLAR


Avropa İttifaqı (Aİ) “Apple” və “Google” daxil olmaqla böyük texnologiya şirkətlərinə yönəlmiş iki qanun layihəsini təsdiqləyib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, rəqəmsal bazarlar və rəqəmsal xidmətlər haqqında qanun layihələrinə əsasən, Aİ-nin daxili bazarına əhəmiyyətli təsir göstərən texnologiya nəhənglərindən bir sıra tələblərə əməl etmələri istəniləcək.

Birincisi, şirkətlər proqramların kənar mənbələrdən öz cihazlarında quraşdırılmasına icazə verməli olacaqlar. İkincisi, istifadəçilərdən əvvəlcədən quraşdırılmış proqramları silmək və standart parametrləri dəyişdirmək, o cümlədən üçüncü tərəf proqramları üçün NFC-dən istifadə etmək imkanı təmin etmək tələb olunur.

Bundan əlavə, onlar artıq kənar tərtibatçıları yalnız öz ödəniş sistemlərindən istifadə etməyə məcbur edə bilməyəcəklər. Nəhayət, böyük texnoloji şirkətlər öz xidmətləri tərəfindən toplanan şəxsi istifadəçi məlumatlarını başqa xidmət məqsədləri üçün yenidən istifadə edə bilməyəcəklər.

Şirkətlərə bütün yeni qaydalara əməl etmək üçün 6 ay vaxt veriləcək. Qayda pozulduqda ümumi illik dövriyyənin 10 faizi miqdarında cərimə olunacaqlar. Təkrar pozuntu dövriyyənin 20%-nə başa gələcək.

Sənədlər dərc edildikdən 20 gün sonra qüvvəyə minir. Rəqəmsal bazarlar haqqında qanun ayın sonuna, rəqəmsal xidmətlər haqqında qanun isə 2022-ci ilin sentyabrında təsdiqlənməlidir.



Source link

Leave a Reply

Your email address will not be published.

close