Entertainment

Almaniya prezidenti Zelenskinin onu qəbul etməkdən imtina etdiyini təsdiqlədi


Kiyev Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya səfərini istəməyib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya prezidenti özü məlumat verib.

O bildirib ki, polşalı həmkarı Andjey Duda ona Avropanın Ukrayna ilə güclü həmrəyliyinin nümayişi üçün Litva, Latviya və Estoniya prezidentləri ilə birlikdə Kiyevə səfər etməyi təklif edib. Lakin rəsmi Kiyev onun Rusiya ilə yaxın əlaqələrinin olmasını əsas gətirərək paytaxta səfərini istəməyib.

Almaniya prezidenti səfərə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, Almaniya prezidenti Ştaymayer ötən həftə XİN başçısı olduğu dövrdə Rusiyaya qarşı yanlış siyasət yürütdüyünü etiraf edib.

BAKU.WS





Source link

Leave a Reply

Your email address will not be published.