Politics

“Avroviziya”da qalib olmağın dadını görmüşük, indi başqa məqsəd güdməliyik – Cavanşir Quliyev


“”Avroviziya 2022” mahnı müsabiqəsində səsləndirilən Azərbaycan musiqisi çox parlaq mahnı olmasa da, elə də pis deyildi. İfaçı da yaxşı seçilmişdi. Bizim kimi ölkələrin bu müsabiqələrdə qalib olması üçün mahnı çox parlaq olmalıdır. Digər tərəfdən, builki “Avroviziya” da bir daha sübut etdi ki, Avropada səsvermə siyasi nətiələrdən ibarətdir”.

Bu fikirləri Medianews.az saytına Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirib. O qeyd edib ki, beynəlxalq yarışlarda milli musiqilərin səsləndirilməsi daha önəmlidir:

 

“Bu müsabiqədə Ukraynanın birinci olmasını mən də istəyirdim. Təbii ki, bu, Ukrayna xalqına bir az təskinlikdir. Amma buna baxmayaraq, bu da isbat edir ki, Avropada insanlar səs verərkən bir az siyasi düşünürlər. Ona görə ötən il bizə çox az səs verdilər. Bu il daha çox səs veriblər. Avropada Qarabağ hadisələrini anlamağa başladılar və fikirləri dəyişdi. Artıq ildən-ilə sübut olunur ki, insanlar siyasi məqsədlə səs verirlər. Avroplalılar səs verərəkən bunları düşünür.
Hesab edirəm ki, “Avroviziya” kimi bir səhnədə milli musiqidən qaynaqlanan mahnılarla iştirak edilməlidir. Biz bir dəfə industrial musiqi ilə iştirak etdik, qələbə çaldıq, “Avrovizya”nı Bakıya gətirdik. İndi başqa məqsədləri güdməliyik. O da Azərbaycan musiqisinin tanıdılmasıdır. Misal üçün, Hindistan filmləri o qədər yüksək səviyyədə deyil. Onların da Bollivudu var və o filmlərin əksəriyyəti milli Hindistan musiqisindən qaynaqlanır. Nəticədə ona gətrib çıxardı ki, dünyanın hər hansı nöqtəsində Hindistan musiqindən 3 saniyə çalınanda hər kəs bilir ki, bu hind musiqisidir. Hindlilər musiqilərini bu yolla tanıtdılar. Bizim də əlimizə ildə bir dəfə “Avroviziya” kimi bir səhnə düşür. Hesab edirəm ki, bu səhnəni istifadə edərək milli musiqimizdən qaynaqlanan mahnıları göstərməliyik orada. Təbii ki, yüksək yerləri tutmaya bilərik. Onun dadını bilirik, indi başqa məqsədləri güdməliyik. Dünyanın hər yerində 3,4 not çalınanda desinlər ki, bu, Azərbaycan musiqidir. Belə bir məqsəd güdülməlidir. Amma mən görürəm ki, bu işə qərar verənlər mənim kimi düşünmürlər”.

Medianews.az



Source link

Leave a Reply

Your email address will not be published.