Politics

Bakıda əməliyyat:117 nəfər tutulub,aralarında qızlar da var -VİDEO – Medianews


Bakının Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və silsilə oğurluqlar edən 117 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının son 1 ayda keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Qeyd edilən dövr ərzində Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə 19 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-ə yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.



Source link

Leave a Reply

Your email address will not be published.

close