Politics

Bakıda 24 yaşlı gənc kürəyindən bıçaqlandı



Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1997-ci il təvəllüdlü Qasımov İlfat Elşən oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.



Source link

Leave a Reply

Your email address will not be published.