Entertainment

Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb


Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu gün saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğın nəticəsində bir nəfər ölüb.

***

23.18

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

23.03

Bakının mərkəzində yerləşən yaşayış binalarının birində yanğın başlayıb.

Yanğın Qış Parkının yaxınlığındakı Mirzəağa Əliyev küçəsinndə qeydə alınıb.

BAKU.WS

VİDEO





Source link

Leave a Reply

Your email address will not be published.

close