Politics

Fransada yaşayan həmvətənlərimiz təhlükədədirmi? – Medianews


“İstər Fransadakı Azərbaycanın Dostları Assosiasiyası, istərsə də Paris-Azərbaycan evi təşkilatı olaraq bu təxribatları pisləyir və çox narahatıq. Fransada yaşayan azərbaycanlılar üçün də bu böyük təhlükədədir, bu dönəmlərdə Fransada yaşayan həmyerlilərimizə demək istəyirəm ki, gec bir provokasiyalara getməsinlər, ehtiyatlı olsunlar”

 

Bu sözləri Medianews.az-a Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirdi. Qeyd etdi ki, Fransada səfirliyimizin önündə baş verənlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edilib:

“18 sentyabrda Azərbaycanın Fransadakı səfirliyinin binasına bir sıra erməni radikal qrup üzəri hücum etdilər. Fransa Səfirliyinin inzibati binasına xəsarət yetirdilər, baş verən vandalizm hadisələri, təxribatlar, Fransada yaşayan azərbaycanlıları çox narahat edir. İstər Azərbaycanın Dostları Assosiasiyası, istərsə də Paris-Azərbaycan evi təşkilatı olaraq bu təxribatları pisləyir və çox narahatıq.

Yaşananlar Fransada yaşayan azərbaycanlılar üçün də bu böyük təhlükədədir, bu dönəmlərdə Fransada yaşayan həmyerlilərimizə demək istəyirəm ki, heç bir provokasiyalara getməsinlər, ehtiyatlı olsunlar. İlk dəfə deyil Azərbaycan Respublikasının səfirliyinin binasında tədbirlər təşkil edilən zaman belə radikal birləşmə üzvləri  hücum ediblər. Təəssüf ki, onların heç biri Fransa hökuməti tərəfindən cəzalandırılmayıblar. İnsan hüquqlarından bəhs edən Fransa Respublikası nədənsə bu təxribatçılar, terrorçular üçün bir tədbir görmürlər.

12-13 sentyabr Ermənistan Respublikasının Azərbaycan Respublikasının sərhədlərində törətdikləri təxribat nəticəsində Fransadakı erməni icması ermənipərəst fransızlar aqressivləşiblər. Eyni zamanda çalışırlar ki, Azərbaycanı nüfuzuna zərər gətirsinlər, bizi təcavüzkar ölkə kimi tanıtsınlar. Bununla bağlı müxtəlif təşkilatlara, xəbər vermişik, sosial şəbəkələrdə də aktivik ki, düşmənin əsil niyyətini bütün dünya görsün. Fransada baş verən hadisəylə bağlı polis dairələrinin obyektiv araşdırma aparacağına ümid edirik.”

 Medianews.az

 

 



Source link

Leave a Reply

Your email address will not be published.

close