Politics

Hərbi ekspert: “Ermənistanın iki sözündən üçü yalandır”



“Ermənistanın iki sözündən üçü yalandır”.

Bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O bildirib ki, Paşinyan Brüssel görüşündən sonra 360 dərəcə dəyişib:

“Avqustun 3-ü Azərbaycan Ordusu “Qisas” əməliyyatını həyata keçirəndə dərhal bəyan elədi ki, biz Azərbaycan Respublikasının vətəndaşlarının Ermənistan ərazisindən rahat şəkildə Naxçıvan MR-nın ərazisinə keçməyinə zəmanət veririk.Amma sonrakı adımları bunun yalan olduğunu göstərdi.

Bu gün Ermənistan böyük bir bəla içindədir. Bu bəla da get-gedə dərinləşir. Ermənistanı çoxdan başa salmaq lazım idi ki, onun Azərbaycanla rəqabətə girməsi qeyri-mümkündür. Ona havadarlıq edən ölkələr də hazırda bu gücdə deyillər”.

Daha ətraflı Baku TV-nin videosunu təqdim edirik:





Source link

Leave a Reply

Your email address will not be published.

close