Politics

İş adamını qaçıraraq çılpaq fotolarını çəkən dəstə belə yaxalandı – ANBAAN VİDEO – Medianews


İstabulda əyləncə məkanının sahibi olan M.A-nı iş yerindən qaçıraraq, çılpaq fotolarını çəkib şantaj edən, qardaşının 9 min lirəsini və mobil telefonunu zorla tələb edən 5 şübhəli saxlanılıb.

Medianews.az xəbər verir ki, şübhəlilərin damdan qaçarkən yaxalandığı anlar polis kamerası tərəfindən lentə alınıb.

16 may 2022-ci il tarixində saat 06.30 radələrində Beylikdüzü adlanan ərazidə baş verən hadisədə gecə klubu işlətdiyi öyrənilən M.A. iş yerinə gələn silahlı şəxslər tərəfindən qaçırılıb. Şübhəlilər qaçırılan M.A.-nın çılpaq fotolarını və videosunu çəkərək onun işlətdiyi məkanı müsadirə edəcəkləri ilə hədələyiblər. Daha sonra həmin şəxslər M.A.-nın qardaşı Y.A.-nın 100 min lirə pulunu, 9 min lirəlik üzüyünü, qızıl boyunbağı və yanında olan qol saatını soyublar.

Aparılan araşdırmalar zamanı 5 şübhəli nəzarətə alınıb. Şübhəlilər Rıdvan E.(32), Kənan T.(25), Murat A.(24), Bünyamin E.(22), Səlahəddin K.(24) Gayrettepe Asayiş Şöbə Müdirliyinə gətirilib. Şübhəlilər damdan qaçmaq istəyərkən polis həmin anları lentə alıb.

Daha əvvəl bir çox cinayətləri əllərinin olduğu öyrənilən şübhəlilərin evlərində aparılan axtarış zamanı tapança, müxtəlif diametr və markalı 174 güllə, 2 ədəd dəqiq tərəzi və 9 kiloqram narkotik maddə ələ keçirilib.

Medianews.az



Source link

Leave a Reply

Your email address will not be published.

close