Politics

Mariupolda Ukrayna qüvvələrinin müqaviməti başa çatdı


Ukrayna strateji əhəmiyyətli Mariupol şəhərində Rusiya ordusu tərəfindən mühasirəyə alınan Azovstal polad zavodunda Ukrayna qüvvələrinin müqavimətinin başa çatdığını elan edilib.

Medianews,az xəbər verir ki, bu barədə Ukrayna ordusunun bəyanatında deyilir.

“Qəhrəmanlarımızın “Azovstal” zavodunu müdafiə etmək tapşırığı başa çatıb”, -deyə bənayatda bildirilir.

Məlumatda qeyd olunur ki, müəssisədə yaralanan 53 ukraynalı əsgər Rusiyanın nəzarəti altında olan Novoazovsk xəstəxanasında müalicə olunub, 211 nəfər isə başqa bölgələrə təxliyə edilib. Bundan əlavə sağ qalanların xilas edilməsi üçün işlərin davam etdiyi də bildirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski məsələyə ilə bağlı çıxışında qeyd edib ki, “bu gün çox çətin gündür. Uşaqların evə gətirilməsi üçün səylər davam edir. Bunun üçün vaxt lazımdır”.

Qeyd edək ki, Rusiya dünən elan edib ki, Ukraynanın Mariupol şəhərindəki son qalası olan Azovstal polad zavodunda Ukrayna qüvvələrinin təxliyəsi üçün razılıq əldə olunub.

Leyla 



Source link

Leave a Reply

Your email address will not be published.