Entertainment

marketə içkili girdi, satışdakı bıçaqla..


Bakıda supermarketlərdən birində insident baş verib.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Bravo” supermarketində baş verib. Gecə saat 01 radələrində qəsəbənin 28 May küçəsindəki marketinə gələn şəxs satışda olan bıçağı götürərək mühafizəçini və satıcıları hədələməyə başlayıb. Dərhal hadisə ilə bağlı polisə müraciət edilib və yaxınlıqda olan Əlahiddə Çevik Polis Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları özlərini marketə çatdırıblar. Həmin şəxs saxlanılaraq polis bölməsinə aparılıb.

Araşdırmalar zamanı məlum olub ki, supermarketdə insident törədən şəxs Lökbatan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Fərid Əmrahovdur (şərti). Onun sərxoş halda olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə F.Əmrahov törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib:

“Hadisədən bir neçə saat qabaq Lökbatandakı “Bizim” restoranında dostlarımla yaxın zamanlarda olacaq nişan mərasimi münasibətilə məclis təşkil etmişdik. Qonaqlıqdan sonra dostlarımla sağollaşaraq “Bravo” supermarketə pivə almaq üçün getmək qərarına gəldim. Marketdə həmin vaxt mühafizəçi işləyən əməkdaş mənim spirtli içki qəbul etdiyimi görüb marketə buraxmaqdan imtina etdi. Buna etiraz edərək yaxınlıqda olan, satış üçün nəzərdə tutulmuş bıçaqla əlimi kəsdim. Sərxoş olduğum üçün digər hərəkətlərim yadımda qalmayıb. Səhər ayılarkən polis bölməsində olduğumu başa düşdüm və bu zaman sağ əlimin zədəli vəziyyətdə olduğunu gördüm. Səhvimi başa düşmüşəm, gələcəkdə belə hallara bir daha yol verməyəcəyimə söz verirəm”.

Qaradağ Rayon Məhkəməsi F.Əmrahova 150 manat pul cəriməsinin kəsilməsinə və inzibati tutulmadan məhkəmə zalındaca azad edilməsinə qərar verib.

BAKU.WS





Source link

Leave a Reply

Your email address will not be published.

close