Entertainment

Neftçalada 52 il nikahda olan ailə ilə görüş keçirildi


Neftçalada 52 il birgə yaşayan ailə ilə görüş keçirilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, 15 may – Beynəlxalq Ailə Günü münasibəti ilə YAP-ın Neftçala rayon təşkilatının rəhbərliyi və digər qonaqlar rayonun Boyat kəndinə gələrək, Səmədovlar ailəsinin üzvləri ilə görüşüblər.

Ailə başçısı Almirzə Səmədov qonaqlara keçdiyi həyat yolundan, ailə həyatından, əmək fəaliyyətindən, qazandığı uğurlardan danışıb. A.Səmədov 1979-cu ildə ulu öndər Heydər Əliyevin Neftçalaya səfəri zamanı onun rəhbərlik etdiyi pambıq briqadasının işçiləri ilə görüşündən xatirələrini bölüşüb.

Gələcək nəslə nümunə olan Səmədovlar ailəsinin başçısı sonra uzunömürlü nikahlarının sirlərini bölüşərək sağlam ailənin təməlinin qarşılıqlı hörmət , sevgi və səmimi münasibətlərə əsaslandığını xüsusi vurğulayıb.

Sonda Səmədovlar ailəsiə hədiyyə təqdim olunub.

BAKU.WS





Source link

Leave a Reply

Your email address will not be published.