Politics

Oxu.az – Bakıda “yol terroru” edən diqqətsiz sürücülər



Bakı şəhərində sürücü diqqətsizliyindən hər gün çoxsaylı qəzalar baş verir.

Oxu.Az xəbər verir ki, qəzalar ağırlıq dərəcəsinə görə fərqlənsə də, nəticədə avtomobil yollarında təhlükəsiz hərəkətin pozulmasına və digər hərəkət iştirakçıları üçün riskə səbəb olur.

Daim sürücülərə diqqətli olmaları barədə xəbərdarlıq edilsə də, bu sahədə mütəmadi təbliğat aparılsa da, ani diqqətsizliyin səbəb olduğu qəzalar qaçılmazdır.

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, mütəmadi məlumatlar verilməsinə baxmayaraq, yenə də yollarda məsuliyyətsizlik edən sürücülərlə üzləşirlər:

“Təqdim olunan hər üç görüntü paytaxt yollarında ötən dövrdə baş verib. Bu, hələ həmin qəzaların bir qismidir. Bu qəzalara səbəb isə sürət həddinin aşılması, təhlükəli manevrlər və sürücü diqqətsizliyidir. Bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq. Öz həyatlarını, digər hərəkət iştirakçılarının həyatını riskə atacaq davranışlara yol verməsinlər. Çünki ani diqqətsizlik ya sizi, ya da digərlərini “yol terroru”na qurban verə bilər”.

Könül Cəfərli



Source link

Leave a Reply

Your email address will not be published.

close