Politics

Oxu.az – İstanbulda səkidə hərəkətsiz dayanan qadın polisi hərəkətə keçirdi



Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda şəxsiyyəti məlum olmayan əcnəbi qadın polisi hərəkətə keçirib.

Beş saat səkidə gözləyən və danışmayan qadın polis qruplarının bütün cəhdlərinə baxmayaraq heç bir reaksiya verməyib. Qadın şəxsiyyəti müəyyənləşdirilmək üçün rayon polis idarəsinə aparılıb.

Bildirildiyinə görə, qadın əvvəlcə küçədə sağa-sola hərəkət edib, sonra isə səkiyə çıxıb və hərəkətsiz şəkildə gözləməyə başlayıb. Ətrafdakı mağazaların işçiləri yardım etmək istəyiblər, amma qadın heç bir reaksiya verməyib.

Hadisə yerinə polis qrupları gəlib. Lakin polislərin də saatlarla davam edən cəhdləri nəticə verməyib. Həkim qruplarının da köməyi effektsiz olub.

Hadisə şahidlərindən biri bildirib ki, qadına yemək və su təklif etsələr də, heç bir cavab almayıblar.

“Təxminən üç-beş saatdır ki, buradadır. Onun xarici ölkə vətəndaşı olub-olmadığını bilmirəm. Bəlkə də, tramva alıb. Əlil vətəndaş da ola bilər”, – deyə məhəllə sakini fikrini bildirib.

Mənbə: Habertürk 



Source link

Leave a Reply

Your email address will not be published.

close