Politics

Oxu.az – Rumıniyada Ukrayna taxılını daşıyan vaqonlar relsdən çıxıb



Rumıniyada Ukrayna taxılı yüklənmiş yük qatarının iki vaqonu relsdən çıxaraq aşıb.

Bu barədə dəmiryolu ilə yükdaşımaları üzrə milli operatorun məlumatında deyilib.

Qatar 30 vaqondan ibarət olub. Konstansa limanına doğru gedən qatarın taxıl daşıdığı bildirilib.

Qəza Mures mərkəzi rayonunda baş verib.

Qəzada xəsarət alan olmayıb. Qatarların hərəkəti bir neçə saatlıq dayandırılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Mənbə: Yevropeyskaya pravda



Source link

Leave a Reply

Your email address will not be published.