Politics

Oxu.az – Venesiyada “uçan” qayıqlar istifadəyə veriləcək



Su üzərində “uçan” elektrik qayıqlarının istehsalında ixtisaslaşan İsveçin “Candela Speed ​​Boat” AB şirkəti yeni “yaşıl” qayıq təqdim edib. “R-8 Voyager” adlanan qayıqdan ilk olaraq Venesiyada su taksisi kimi istifadə olunacaq.

Uzunluğu 8,5 metr olan su taksisi altı sərnişin üçün nəzərdə tutulub, həmçinin çatdırılma xidmətlərində istifadə oluna bilər. Elektrikli qayıq kompüterlə idarə olunan “hidrofoil”lərə (sualtı qanad) malikdir. Bu, korpusu suyun üzərində qaldırmağa və qayığa “uçmağa” şərait yaradır.

Bundan əlavə, yaşıl texnologiya su üzərində ən məşhur şəhərin kanallarının çirklənməsindən dəyən ziyanı əhəmiyyətli dərəcədə azalda bilər. “Hidrofoil”lər sayəsində qayığın su üzərində sürtünməsi azalır, bu da enerji sərfiyyatını optimallaşdırır və səfəri səssiz edir.

Mənbə: Lenta.ru



Source link

Leave a Reply

Your email address will not be published.

close