Politics

“Özümü Bakıda yad hiss etmədim”- Xorvat musiqiçi – Medianews


Xorvatiyanın tanınmış oboist ifaçısı Branko Mihanoviçin Bakıda konsert proqramı baş tutub.
Konsertdən sonra ifaçı Medianews.az-ın suallarını cavablandırdı.

– İstərdik sizi daha yaxından tanıyaq.

– Zaqrebdə doğulmuşam. Musiqiyə ilk həvəsim 6-7 yaşında olarkən başlamışdı. Belə ki, ilk olaraq piano ifa etmişəm. Sənət müəlimim dedi ki, piano sənlik deyil. Ondan bir müddət sonra isə obo ilə tanış oldum. Mən bu musiqi alətini görəndə çox sevdim, hətta ona vuruldum. Qərar verdim ki, gələcəkdə obo ifaçısı olacam. Almaniyada musiqi təhsil aldım. Daha sonra 4 il Xorvatiyada Zaqreb Muisiqi Akademiyasının direktoru vəzifəsində çalışdım. Hazırda Xorvatiya Musiqi Konservatoriyasında pedaqoq olaraq çalışaram. 67 yaşım var və 40 ildir ki, peşəkar musiqi ilə məşğulam.

 

– Obo Xorvatiyada milli musiqi alətidir?

– Obo daha çox Xorvatiyanın cənub-qərb hissəsində məşhurdur. Bizim milli musiqi alətimiz sopilli adlanır. Hazırda bizdə ən çox piano və gitara məşhurdur.

– İlk dəfədirmi Azərbaycana gəlirsiniz?

– Bəli, ilk dəfədir ki, Azərbaycana səfər edirəm. Bu gün Bakıda kiçik bir konsertimiz baş tutdu. İfa etdiyim musiqilər tamaşaçılar tərəfindən maraqla qarşılandı. Açığı, belə bir maraq doğuracağını gözləmirdim. Azərbaycanı çox sevdim. Bakı mənə çox doğma və səmimi gəldi. Özümü qərib bir məmləkətdə hiss etmədim. Bakı çox zərif bir şəhərdir. İnsanlarınız qonaqpərvər, ürəyiaçıq və kifayət qədər kübardır. Sizdə də bizim kimi el şənliklərində, xoş günlərdə daha çox tünlüyü sevirsiniz. Biz də eləyik.

– Azərbaycan musiqisi ilə nə qədər tanışsınız?

– Təəssüf ki, o qədər də tanış deyiləm.

– Konsertinizdə ifa etdiyiniz “Sarı gəlin” mahnısı marağa səbəb oldu. Bu mahnının tarixi ilə tanışsınızmı?

– Bu, çox gözəl musiqidir. İlk dinləyəndə bu, mənə təsir etdi. İstədim ki, onu burada ifa edim. Bunun tarixi bir mahnı olduğunu bilirdim.

 

 

– Xorvatiya musiqisi ilə bizim musiqi arasında hansı oxşar cəhətlər var?
– Xorvatiya yox, Bosniya və Hersoqovina ölkələrinin musiqisi də sizin kimi həzin və kədərlidir. Musiqiləriniz daha çox həzin və kədərli notlara köklənib. Xorvatiya musiqisi ilə elə də oxşar cəhətlər görmürəm.

 

– Pandemiyadan sorna yeni bir dünya yaranıb, həm musiqidə, həm siyasətdə. Bəs, Xorvatiyada incəsənət pandemiyadan sonra necə dirçəldi?
-Pandemiya bütün dünyanın iqtisadiyyatna, musiqisinə təsir etdi. Ancaq biz bu vəziyyətdən yaxşı çıxdıq. Hazırda Xorvatiya musiqisi, incəsənəti öz inkişaf dövrünü yaşayır.

Xəyalə Rəis

Medianews.az



Source link

Leave a Reply

Your email address will not be published.