Politics

“Qan tədarükləri qana olan təlabatı ödəmir”- “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri


“Bəzən günlərlə qan tapa bilməyən passiyent bizə müraciət edərək dəstək istəyir. Biz məsələni sürətli həll edə bilmirik. Ümumiyyətlə cəmiyyətdə donorluq artıq bir fərdi təşəbbüs addımına çevrilməlidir. İnsanların qan verməsi bir öhtəlik olaraq qəbul olunmalıdır. İnsan həyatını xilas etmək üçün dəvətə ehtiyac yoxdur. Təəssüf ki, pandemiyanın başladığı dövrlərdə həyata keçirdiyimiz qanvermə aksiyalarının göstəriciləri aşağı düşdü. Sözsüz ki, buna səbəb insanlarda qanvermə zamanı ola biləcək yoluxma qorxusu idi”.

Bu sözləri Medianews.az-a açıqlamasında “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri Fuad Əsgərov bildirib.  O qeyd edir ki, qan xəstəliklərindən əziyyət çəkən insanlarla bərabər digər qana ehtiyacı olanlar qanı rahatlıqla əldə edə bilmir:

“Dövrümüzdə səhiyyə imkanları hər gün genişlənir, yeni kəşflər olunsa da bütün bunlara baxmayaraq həkimlərin əlində çoxlu müalicə vasitələrinin olmasından asılı olmayaraq ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qandır. Donor qanını əvəz etmək mümkün deyil. Məhz bu səbələrdən məsələnin aktuallığını hər zaman gündəmdə saxlamaq lazımdır. Etiraf etməliyik ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrində, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və s.) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Qanvermə sayının çox olması sevindirici məqamdır, amma qan tədarükləri qana olan təlabatı ödəmir.

Biz fəlakətlərdən sığortalanmamışıq və belə məqamlarda daha həssas davranmalıyıq. Qan vermək insan sağlamlığı üçün çox faydalıdır və sadəcə bu nəcib addımı atdığımız zaman özümüz üçündə nə qədər kömək etdiyimizi dərk etməliyik. Fürsətdən istifadə edib ölkə əhalisini könüllü və təmənnasız qan verməyə dəvət edirik”.

Medianews.az

 



Source link

Leave a Reply

Your email address will not be published.