Politics

Rusiyalı politoloq: “Erməni təxribatı regionda sabitliyi pozmağa yönəlib”



“Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşma erməni tərəfinin növbəti təxribatının nəticəsidir”.

Bunu “Report”a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, erməni təxribatı regiondakı sabitliyi pozmağa yönəlib.

Rusiyalı ekspertin fikrincə, ABŞ və NATO rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanacağı təqdirdə Cənubi Qafqazda həyata keçirilməli olan logistika layihələrində maraqlı deyillər.

“Böyük oyun davam edir və Ermənistan böyük dövlətlərin şahmat taxtasında növbəti dəfə piyada rolunu oynayır”, – o bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə və 13-də gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün Ermənistan tərəfi əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutmaqda davam edib.



Source link

Leave a Reply

Your email address will not be published.