Entertainment

Türkiyə Ağrı dağı əməliyyatına başladı


Türkiyə Daxili İşlər Nazirliyi Ağrı dağı bölgəsində xüsusi antiterror əməliyyatına başlayıb.

BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, tədbirə ölkənin Milli Kəşfiyyat Təşkilatından (MİT) gələn məlumatlara əsasən start verilib.

Kəşfiyyatçılar bölgəyə İrandan gələn terrorçuların sızması ilə bağlı müvafiq qurumları xəbərdar ediblər.

Jandarm və təhlükəsizlik qüvvələrinin birgə əməliyyatlarına 915 şəxsi heyət (52 əməliyyat qrupu) cəlb edilib.

Artıq əməliyyatın ilk günündə mağarada gizlənən bir terrorçunun zərərsizləşdirildiyi bildirilib.

BAKU.WS





Source link

Leave a Reply

Your email address will not be published.

close