Politics

ÜST: “Koronavirusdan ölənlərin sayı ən aşağı həddə düşüb”



Dünyada COVID-19-dan ölənlərin sayı ötən həftə 2020-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

Bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, bəyan edib ki, son bir həftə ərzində dünyada koronavirusa yoluxma halları 28% azalıb.

“Son bir həftə ərzində dünyada 3,1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 11 minə yaxın insan dünyasını dəyişib. Yoluxmaların sayı əvvəlki yeddi günlə müqayisədə 28%, ölənlərin sayı isə 22% azalıb”, – deyə ÜST rəhbəri vurğulayıb.

Mənbə: TASS



Source link

Leave a Reply

Your email address will not be published.