Politics

“Yeni fazaya keçir, iyunun 13-dən 16-dək…” – Astroloqun müharibə proqnozu – Medianews


Ukraynalı astroloq Vlad Ross iyun ayı üçün Ukrayna ilə bağlı proqnozunu açıqlayıb.

Medianews.az Teleqraf.com-a istinadən xəbər verir ki, astroloq müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Ross qeyd edib ki, iyunda döyüşlər davam etsə də, bütün bürclər üçün az-çox sakit ay olacaq. O əlavə edib ki, bu ayda müharibə statik fazaya keçəcək.

“Heç kim heç kimin ərazisini əlindən almayacaq. Amma daha çox raket uçacaq. Əsas odur ki, bu, bombardmana çevrilməsin”, – astroloq deyib.

Ross əlavə edib ki, Ukraynada ən şiddətli döyüşlər iyunun 13-dən 16-dək və 27-dən 29-a kimi baş verə bilər. Onun sözlərinə görə, bu zaman Rusiya və Ukrayna arasında düşmənçilik daha da güclənəcək.

Xatırladaq ki, Ross bundan əvvəl Rusiyanın 2024-2025-ci illərdə parçalanacağını iddia edib.



Source link

Leave a Reply

Your email address will not be published.

close